Pleyeri seçin:

Mirzoyan və Ceyhun Bayramov görüşəcək? | Elnur Məmmədovdan vacib açıqlama

14 mart 2025 495 baxış

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra beynəlxalq məhkəmələrdə qarşılıqlı olaraq qaldırılan iddialar geri çəkiləcək.

Bunu “Report”a açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.

O, Azərbaycanın sülh sazişinin mətni üzrə prosesin yekunlaşması bəyanatına istinad edərək vurğulayıb ki, proses bu istiqamətdə irəliləyir:

“Vətən müharibəsindən sonra Azərbaycan Ermənistana qarşı 30 illik işğal, etnik təmizləmə və digər beynəlxalq cinayətlərlə bağlı beynəlxalq məhkəmələrdə dövlətlərarası iddialar qaldırıb.

Bu müddət ərzində müxtəlif istiqamətlər üzrə hazırda fəaliyyətimiz davam edir, həmin iddialar müxtəlif mərhələlərdədir. Burada həm İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, həm Beynəlxalq Ədalət Məhkəməsi, eyni zamanda Beynəlxalq Arbitraj Məhkəməsində proseslər gedir.

Son iki il ərzində iki dövlət arasında dövlətlərarası münasibətlərin normallaşması istiqamətində sazişin razılaşdırılması ilə bağlı işlər görülüb. Nazir Ceyhun Bayramov sülh sazişinin 17 maddəsinin razılaşdırıldığını elan etdi”.

Elnur Məmmədovun sözlərinə görə, Azərbaycanın gözləntisi ondan ibarətdir ki, Ermənistan növbəti mərhələdə öz Konstitusiyasında müvafiq dəyişiklik edərək Azərbaycana qarşı ərazi iddialarını aradan qaldıracaq:

“Həmçinin bu müddət ərzində münaqişənin həlli ilə məşğul olmuş ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün Azərbaycanla birgə həmin təsisata müraciət edəcək.

İddialara gəlincə, həqiqətən də, sazişin son iki maddəsindən birində sülh sazişi imzalandığı təqdirdə tərəflər beynəlxalq məhkəmələrdə bir-birinə qarşı qaldırdıqları iddiaları geri çəkməyi öhdələrinə götürüblər. Bu, hazırkı sazişdə öz əksini tapıb və biz bunu nəzərə almalıyıq.

Artıq top Ermənistan tərəfindədir. Biz onların növbəti mərhələdə atmalı olduqları addımları gözləyirik. Hazırda xarici işlər nazirlərinin görüşü nəzərdə tutulmayıb”.

Banner
Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Siyasət
05 noyabr 2026 495 baxış
Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Siyasət
05 noyabr 2026 495 baxış
Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Siyasət
05 noyabr 2026 495 baxış
Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Siyasət
05 noyabr 2026 495 baxış
Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Siyasət
05 noyabr 2026 495 baxış
İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

Siyasət
05 noyabr 2026 495 baxış
Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Siyasət
04 noyabr 2026 495 baxış
Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Siyasət
04 noyabr 2026 495 baxış
Azərbaycanın növbəti strateji hədəfi nədir?

Azərbaycanın növbəti strateji hədəfi nədir?

Siyasət
04 noyabr 2026 495 baxış
Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Siyasət
04 noyabr 2026 495 baxış
Seçilmişlər
icon