Mirzoyandan gecikmiş etiraf | Mina xəritəsi Azərbaycana verilə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycana Qarabağdakı minalarla bağlı yeni məlumatlar verilə bilər. Mümkün minalanmış ərazilər haqqında yeni məlumatların əldə edilməsi istiqamətində iş aparılır”.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Ermənistanın müvafiq dövlət qurumları mümkün yeni minalarla bağlı məlumatların əldə edilməsi üzərində işləyir. İstisna etmirəm ki, hər iki tərəfdən etimadı gücləndirmək üçün konstruktiv yanaşmalar və addımlar olarsa, onları yenidən Azərbaycana verə bilərik. Bu, beynəlxalq tərəfdaşlar vasitəsilə həyata keçirilməlidir”, – deyə o bildirib.
A.Mizoyan onu da vurğulayıb ki, Ermənistan-Azərbaycan delimitasiya komissiyalarının növbəti iclası haqqında razılıq əldə olunub.
Qeyd edək ki, komissiyaların birgə iclasının yanvarın sonunda keçiriləcəyi gözlənilir.
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
