Mirzoyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan Zəngəzurda Azərbaycanla Naxçıvan arasındakı yola üçüncü şəxslərin nəzarətini istisna edir”.
Bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
O qeyd edib ki, dəhlizin yaradılması və ona nəzarətin 3-cü tərəfə verilməsini nəzərdə tutan heç bir müzakirə baş tutmayıb.
A.Mirzoyan hazırda vətəndaşların təhlükəsizliyi ilə bağlı məsələlərin həlli üçün hər iki ölkə tərəfindən tanınan özəl şirkətlərin cəlb edilməsi variantının nəzərdən keçirildiyini açıqlayıb. O vurğulayıb ki, bu şirkət yük və ya sərnişin vaqonlarını müşayiət edəcək.
“Nəqliyyat kommunikasiyalarının açılması halında bütün dəmiryol xətləri boyunca 3-cü şəxslərə məxsus dövlət və ya özəl şirkətin mövcudluğu bizim üçün qəbuledilməzdir”, – deyə nazir bildirib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
