Moldovada İlham Əliyev və Zelenskinin görüşü olub
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 1-də Moldovanın paytaxtı Kişineuda Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.
Görüşdə Azərbaycanla Ukrayna arasında ikitərəfli əlaqələr ətrafında fikir mübadiləsi aparılıb, Prezident İlham Əliyevin 2022-ci ilin yanvarında Ukraynaya səfəri və səfər zamanı keçirilmiş müzakirələr qeyd edilib. Azərbaycanla Ukrayna arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın Ukraynaya yeni səfiri təyin olunub və səfir tezliklə fəaliyyətə başlayacaq.
Prezident Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımlara, ukraynalı uşaqlara göstərilən qayğıya və onların Azərbaycana səfərlərinin təşkil olunmasına görə təşəkkürünü bildirib və bunun çox yüksək qiymətləndirildiyini deyib.
Söhbət zamanı Azərbaycanın və Ukraynanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsi məmnunluqla qeyd olunub.
#Moldova teqi istifadə olunub
- Dünyanı yeni hərbi əməliyyatlar gözləyir? - Baku TV CANLI
- Rusiyanın hücumları nəticəsində Ukrayna-Moldova sərhədindəki keçid məntəqəsi vurulub - Baku TV CANLI
- "Öz səslərini mənə etibar etdilər" | Şərqi Avropanın azərbaycanlı meri - Baku TV
- ”Gənclərimiz çox fəaldır” | Həmvətənimiz Orhey şəhərində mer seçkilərini qazanıb - Baku TV
- “Hamıya yazığım gəlir...” | Moldovanlardan Rumıniyaya birləşmək təkliflərinə reaksiya - Baku TV
