Pleyeri seçin:

Müharibə bu qədər davam edəcək, sonra isə... | Rusiya barədə sensasiyalı açıqlama

23 oktyabr 2024 126 baxış

“Cənubi Qafqazda iki xarici oyunçu fəaliyyət göstərir: NATO və Rusiya”.

“Globalinfo” xəbər verir ki, bunu erməni ekspert Vahan Qriqoryan yazıb.

O bildirib ki, iki supergücün Cənubi Qafqazla bağlı planları var:

“Rusiyanın niyyətlərini başa düşmək üçün son beş ildəki hərəkətlərinə qiymət vermək lazımdır. 2020-ci ilin payızında Rusiya Qarabağa 5 il müddətinə qoşun yeritdi. 2022-ci ilin yanvarında radikal anti-Rusiya qüvvələrini zərərsizləşdirmək üçün KTMT qoşunlarını Qazaxıstana göndərdi. Bir ay sonra, 2022-ci ilin fevralında Ukrayna ərazilərini ilhaq etmək üçün hücuma keçdi.

Buradan iki nəticə çıxara bilərik: Birincisi, Rusiya postsovet respublikaları üzərində nəzarəti bərpa etməyi hədəfləyir. İkincisi, Rusiyanın hərbi-siyasi rəhbərliyi hesablayıb ki, Ukraynada müharibə təxminən üç il davam edəcək və 2025-ci ildə başa çatacaq.

Bundan sonra Moskva Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti başa çatana qədər Azərbaycan üzərində nəzarəti bərpa etmək üçün hərəkətə keçəcək”, – deyən V.Qriqoryan planın baş tutmadığını etiraf edib.

Qeyd edək ki, 2020-ci ilin noyabrında Rusiya sülhməramlıları Qarabağa gələndə əsas tezis kontingentin uzun illər burada qalması ilə bağlı idi. Bu fikir istər Ermənistan, istərsə də Azərbaycan ictimaiyyətində hakim idi.

Lakin rəsmi Bakının doğru və sərrast addımları Qarabağda separatçı-terrorçu rejimin ləğvini, daha sonra isə Rusiya sülhməramlılarının ərazini tərk etməsini qaçılmaz edib.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 126 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 126 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 126 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 126 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 126 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 126 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 126 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 126 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 126 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 126 baxış
Seçilmişlər
icon