NASA əməkdaşları COP29-la bağlı Azərbaycana təşəkkür etdi
Yeniliklərdən dərhal xəbərdar olun
NASA astronavtları Soni Viliems və Nik Heik Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) beynəlxalq kosmik stansiyadan videobağlantı ilə müraciət ünvanlayıblar.
Onlar bildiriblər ki, Yerdə baş verən hadisələr, o cümlədən yanğınlar, qasırğalar planetin dəyişdiyini göstərir.
NASA nümayəndələri COP29-da iştirak edən bütün tərəflərə, o cümlədən Azərbaycana təşəkkür ediblər.
“Biz planetin gözəlliyinin qorunması üçün səylərə görə təşəkkür edirik. Bizim partnyorlarımız və əməkdaşlarımız məlumatı sizinlə bölüşməyə hazırdır. Bizim missiyamız artan dəniz səviyyəsi, qaz emissiyaları və digər problemlərə kosmosdan baxaraq məlumatları Yerə ötürməkdir", – onlar vurğulayıblar.
#NASA teqi istifadə olunub
- ABŞ astronavtları Ayda uzunmüddətli missiyalara hazırlaşır, NASA daimi baza qurmaq niyyətindədir
- Marsda aparılan araşdırmalar zamanı daha bir mühüm nailiyyət əldə olunub
- NASA Ayın səthinin altındakı mümkün mağaraları tədqiq edir
- Qırmızı planetdəki dayaz və kiçik dəliklər nədən xəbər verir?
- NASA-nın yeni teleskopu kosmosa yola düşür
