NATO-nun regionla bağlı məqsədi nədir? | Biz üçtərəfli razılaşmalara…
Yeniliklərdən dərhal xəbərdar olun
“NATO-nun Cənubi Qafqazdakı fəallığı destruktiv xarakter daşıyır”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Onun sözlərinə görə, NATO-nun əsl məqsədi regionu Rusiya ilə qarşıdurma meydanına çevirmək, ölkələri bir-birinə qarşı qoymaq, sonra isə bundan faydalanmaqdır.
“Moskva o mövqedən çıxış edir ki, regionda qərarlar bu region ölkələrinin özləri tərəfindən qəbul edilməlidir”, – deyə M.Zaxarova vurğulayıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Ermənistan Baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizinə ancaq monitorinq funksiyasının Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə verilə biləcəyi ilə bağlı bəyanatına da münasibət bildirib.
M.Zaxarova ölkəsinin Cənubi Qafqazda kommunikasiyaların açılması və Azərbaycanla Naxçıvan Muxtar Respublikasını birləşdirəcək yola nəzarətlə bağlı üçtərəfli formatda əldə olunan razılaşmaları əsas götürdüyünü söyləyib.
Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin tapşırığı ilə yaradılan üçtərəfli işçi qrup tərəfindən bu istiqamətdə böyük iş görülüb, Azərbaycanın əsas hissəsindən və Naxçıvandan Ermənistanın Sünik vilayətindən tranzit daxil olmaqla, dəmiryolu əlaqəsinin blokdan çıxarılmasının əsas parametrləri razılaşdırılıb.
“Ona görə də biz üçtərəfli razılaşmalara alternativ görmürük və bu istiqamətdə işləməyə davam edəcəyik”, – deyə Rusiya XİN sözçüsü vurğulayıb.
#Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) teqi istifadə olunub
- Kiyev ittifaqa üzvlüyün əvəzinə konkret təminatların verilməsini istəyir
- Ukraynanın aqibəti necə olacaq? - ABŞ-nin əsas planları
- Toqquşan maraqlar, gələcək planlar | Kiyevin təhlükəsizliyini kim təmin edəcək? - Baku TV
- Bakıda keçirilən NATO təlimi başa çatdı | Hərbi qulluqçuların hazırlığı qiymətləndirildi - Baku TV
- Azərbaycan və NATO arasında növbəti təlim mərhələsi yekunlaşdı - Baku TV CANLI
