Naxçıvanla quru əlaqəsinə kim mane olub?
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya qoşunları Ermənistan sərhədini onsuz da hər yerdə qoruyur”.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev qurumun 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
“Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirəcək yola nəzarət etmək məsələsində sadəcə Ermənistan artıq prinsipə gedib, bu mövqe də onlara Qərbdən tövsiyə olunub”, – F.Şəfiyev deyib.
Mərkəz sədri bildirib ki, Azərbaycan İranla yol məsələsini danışandan sonra onlar sülh qovşağı təklif edib, çünki təcrid olunacaqlarını düşünüblər:
“Öz ərazisində Ermənistan buna nəzarəti kimə həvalə edəcəksə, həmin qüvvə bizi qane etməlidir. Məsələn, nəzarət edəcək qüvvə Fransa olsa, çətin ki, biz onu qəbul edək”.
F.Şəfiyev deyib ki, bu daha çox Rusiya-Ermənistan məsələsidir, nəinki Azərbaycan-Ermənistan.
#Fərid Şəfiyev teqi istifadə olunub
- Qafqaz Albaniyasının tarixi mövzusunda seminar keçirilib - Baku TV
- Ermənilərin Alban kilsələrinə iddiası nə məqsəd daşıyır? - Baku TV
- Bakıda beynəlxalq konfrans keçirilir | Fərid Şəfiyevdən tədbirlə bağlı açıqlamalar - Baku TV
- Fərid Şəfiyev Cənubi Qafqazla bağlı konfransda hansı məsələləri vurğuladı? - Baku TV
- BMTM-in təşkilatçılığı ilə konfrans keçirildi
