Nikolun Rusiyaya getməməsi Bakı ilə əlaqəlidir? | Tofiq Zülfüqarov pərdəarxası məqamları açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
“Paşinyanın bu yola əl atıb, Sankt-Peterburqa getməməsinə səbəb kimi Rusiya-Ermənistan münasibətləri olduğunu düşünürəm”.
Bu sözləri politoloq, sabiq xarici işlər naziri Tofiq Zülfiqarov Paşinyanın MDB-nin Sankt-Peterburqda keçirilən sammitinə “koronovirusa yoluxduğu üçün” getməməsi barədə xəbəri şərh edərkən deyib.
Politoloq bildirib ki, Ermənistanın Qərbdən dəstək almaq fikri var: “Görünür ki, Ermənistan Rusiyanın maraqlarına uyğun addım atmır. Ancaq Rusiyanın Ermənistanda hərbi bazaları hələ də qalır və bu, təhlükəsizliyini təmin edən əsas faktordur. Eyni zamanda da Ermənistan iqtisadi baxımdan Qərbdən yardım almaq istəyir və həmin istəklərinə də nail olmağı bacarır”.
Tofiq Zülfiqarov əlavə olaraq deyib ki, Paşinyanın bu addımını Azərbaycan-Ermənistan münasibətləri ilə əlaqələndirmək doğru deyil:
“Əslində bizim mövqeyimiz Ermənistan-Azərbaycan danışıqlarının birbaşa aparılmasıdır. Ona görə də Ermənistan Baş nazirinin bu addımını Azərbaycan-Ermənistan mövzusuna bağlamağı doğru hesab etmirəm”.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın COVID-19 testinin nəticəsi müsbət çıxdığı üçün MDB ölkələrinin liderlərinin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitində iştirak etmədiyini bildirməsi birmənalı qarşılanmayıb.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
