Niyə bu bizə tanış deyil? | Paşinyanın ermənilərlə bağlı təəccübləndiyi məqam
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyan sakinlərin bir çoxunun ölkənin ərazisini tanımamaqda ittiham edib.
“29,743 kvadrat kilometrlik ərazi çoxlarına tanış deyil. Əsl Ermənistan beynəlxalq səviyyədə tanınmış ərazisi və sərhədləri olan Ermənistan Respublikasıdır. Bu, çox sadə ifadə kimi görünür, amma son illər bu rəqəmin bir çoxumuza tanış olmadığını görəndə təəccübləndim”, – deyə Baş nazir “Real Ermənistan” ideologiyası layihəsinin ikinci müzakirəsi zamanı deyib.
“Sual yaranır: niyə bu rəqəm bizə tanış deyil, çünki bu, dövlətimizin beynəlxalq səviyyədə tanınmış ərazisidir? Bir sıra məlum vəziyyətlərdə tənqid səsləndi: niyə mən bu və ya digər ölkənin ərazi bütövlüyünü tanıdım? Bunun motivasiyası nədir? Bildirmək istəyirəm ki, bunun üçün ən vacib motivasiya özümüzün əvvəlcə ölkəmizin ərazi bütövlüyünü tanımağımız idi”, – deyə Paşinyan vurğulayıb.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
