Oksfordda Avropa liderlərinin İlham Əliyevin əhatə dairəsinə can atdıqları görsənirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-də yayımlanan "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı efirə gedib.
Verilişdə bildirilib ki, Azərbaycanın beynəlxalq aləmdəki rolu, apardığı çoxşaxəli xarici siyasət xətti və qlobal çapda hiss olunan nüfuzu ötən həftə boyunca da xarici media resurslarında müzakirələrə səbəb olub.
Gürcüstanın “Business Media” nəşri “Azərbaycan Avropaya qaz ixracını artıracaq” başlıqlı məqalə dərc edib.
Məqalədə qeyd olunub ki, Avropa qitəsinə 2024-cü ildə 13 milyard kubmetr Azərbaycan qazı təchiz olunacaq, yəni 2023-cü ildəkindən 8 faiz çox. Bu həcmin təqribən 12 milyard kubmetri Cənub Qaz Dəhlizi ilə nəql olunacaq, qalanı isə Türkiyə-Bolqarıstan sərhədindəki “Malkoçlar/Strandja” qaz qovşağı vasitəsilə Avropa İttifaqı tərəfindən qəbul ediləcək.
Mənbə həmçinin bildirib ki, 2024-cü ildə Azərbaycan qaz ixracını 2023-cü ildəki 23,8 milyard kubmetrə qarşı 25 milyard kubmetrə çatdırmağı planlaşdırır.
Rusiyanın TASS informasiya agentliyi xəbər verir ki, milli valyutalarda ödənişlər Azərbaycanla Rusiya Federasiyası arasında ticarət dövriyyəsinin artmasına səbəb olacaq.
İranın “Tasnim” xəbər portalı “Diplomatik əlaqələrin möhkəmlənməsi fonunda Azərbaycan İranda səfirliyini yenidən açıb” sərlövhəli məqalə dərc edib. Məqalədə qeyd olunub ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ikitərəfli uğurlu danışıqların ardınca iyulun 15-də İranda səfirliyinin yenidən açıldığını elan edib və bu, diplomatik münasibətlərin bərpasında mühüm addımdır.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - Baku TV
- İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV
- İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV
- Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı
- İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Baku TV
