Oktyabrda qan tökmək planları | Gürcüstan bu sınaqdan çıxa biləcəkmi?
Yeniliklərdən dərhal xəbərdar olun
“Cənubi Qafqaz növbəti dəfə Rusiya-ABŞ qarşıdurmasına doğru gedir. Oktyabrda bu qarşıdurma pik həddə çatacaq”.
Bunu jurnalist Turan İbrahimov Gürcüstanda keçiriləcək parlament seçkilərini şərh edərkən deyib.
O qeyd edib ki, Gürcüstanda hökumət milli maraqlara uyğun balanslaşdırılmış xarici siyasət kursuna qədəm qoyub. Bu isə Qərblə inteqrasiyaya fasilə vermək kimi qiymətləndirilə bilər. “Parlament seçkiləri ilə Gürcüstan təlatümlü dövr keçirəcək. Bu dövr bizim üçün də əhəmiyyətlidir. Cənubi Qafqazda baş verəcək proseslərin Azərbaycana da təsiri var. Nəzərə alsaq ki, önəmli layihələrin tranzit xətti Gürcüstandan keçir, oradakı qeyri-sabit vəziyyət birbaşa və ya dolayı yolla Azərbaycana da təsir edir”, – deyə T.İbrahimov əlavə edib.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
