Pleyeri seçin:
Ölkələr arasında viza rejiminin ləğv edilməsi ilə bağlı qanun imzalandı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Albaniyanın Baş naziri Edi Ramanın martın 1-də ölkəmizə işgüzar səfəri çərçivəsində Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev və Albaniya xarici işlər nazirinin müavini Besart Kadia arasında görüş keçirilib.
Görüşdə Azərbaycan və Albaniya arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub və əlaqələrin daha da inkişafı üçün mövcud imkanlara dair fikir mübadiləsi aparılıb.
Görüşün sonunda “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlarına malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş” imzalanıb.
Kopyalandı
#Albaniya teqi istifadə olunub
- Albaniyada etirazçılar Baş nazirin dialoq təklifini qəbul etməyiblər
- Baş nazir tələbələri günahsız hesab edir
- Albaniyada davam edən tələbə etirazları fonunda Təhsil Nazirliyinin binası yandırılıb
- Tələbələrin etiraz aksiyası polislə qarşıdurma ilə müşayiət olunub
- Qafqaz Albaniyasının tarixi mövzusunda seminar keçirilib - Baku TV
