Onlar bizi tənqid edirdilər, amma... | Macarıstanlı nazirdən önəmli xatırlatma
Yeniliklərdən dərhal xəbərdar olun
“Hazırda qlobal təhlükəsizlik vəziyyəti getdikcə pisləşir”.
Bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Azərbaycan Respublikası ilə Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasının nəticələrinə dair birgə mətbuat konfransında çıxışı zamanı deyib.
Peter Siyarto bildirib ki, bunun nəticəsində dünya yenidən bloklara bölünə bilər:
“Bu çox mənfi hal olacaq və hər kəsə böyük zərər gətirəcək. Biz sülh naminə çıxış edən ölkələrin səsini eşitməliyik. Biz qarşılıqlı dialoqda olmalıyıq. Macarıstan və Azərbaycan israrlı şəkildə əməkdaşlığa köklənmək istəyən ölkələrdir. İki ölkə arasında strateji əməkdaşlığın qurulması bizim çox irəli getdiyimizi sübut edir”.
#Peter Siyarto teqi istifadə olunub
- SOCAR-da BYD-nin rəsmisi ilə görüş | Birgə həyata keçirilən layihələr barədə müzakirə - Baku TV
- Ukrayna ilə bağlı kritik qərarın səbəbi açıqlandı
- Dizel yanacağı ixracının dayandırılması barədə göstəriş verildi
- Macarıstan Azərbaycana görə qoyduğu vetonu geri götürüb - Paşinyan təsdiqlədi
- Budapeşt Avropa İttifaqına meydan oxuyur
