Onlar digər dövlətləri soyur | Zaxarovadan Qərbə sərt tənqid
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya dəfələrlə Avropa İttifaqının Ermənistanda “yarımhərbi” mövcudluğunun qarşıdurma mahiyyətini şərh edib”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda çıxışında deyib.
Onun sözlərinə görə, bunun sübutu göz qabağındadır:
“Bu missiyanın anti-Rusiya, anti-Azərbaycan və anti-İran məqsədləri getdikcə daha aydın görünür. Üstəlik, NATO ölkələri ona qoşulmağa başlayanda hər şey aydın olub. Aİ-dən hərbi-siyasi baxımdan sabitliyin pozulması və regionun geosiyasi rəqabət meydanına çevrilməsindən başqa heç nə gözləmək lazım deyil.
Əminik ki, bu gün Cənubi Qafqazın qarşısında duran bütün aktual məsələlər regional dövlətlərin kollektiv səyləri əsasında, kənar müdaxilələr olmadan həll edilməlidir və qeyd edim ki, bunu etmək mümkündür”.
Mariya Zaxarova açıqlamasında onu da bildirib ki, Qərbin müstəmləkəçilik iştahı yoxa çıxmayıb, o, digər ölkələri soymağa və onların resurslarını əlindən almağa davam edir.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
