Pakistanın Baş naziri Azərbaycan Prezidentinə təşəkkür etdi
Yeniliklərdən dərhal xəbərdar olun
"Cənab Prezident, sizə təşəkkür edirəm. Siz hər zaman Kəşmir məsələsində bizim bacı-qardaşlarımızın yanında olmusunuz. Son 70 ildən artıq bir dövrdə biz Hindistanın terror aktlarına, misilsiz zorakılığına məruz qalmışıq".
Bunu Azərbaycanda səfərdə olan Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevlə birgə mətbuat bəyanatı zamanı deyib.
Pakistan hökumət başçısı qeyd edib ki, Kəşmirlə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməyib.
“Cənab Prezident, mənəvi dəstəyə görə sizə təşəkkür edirəm. Bu, bizim üçün çox dəyərlidir. Bu, bizim kəşmirli bacı-qardaşlarımızı ruhlandırır ki, onlar bir gün öz müqəddəratlarının təyin olunması məsələsinə nail olacaqlar”, – Baş nazir vurğulayıb.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
