Parlament seçkisi barədə yeni layihə | Sədr müavini detalları açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
“Mərkəzi Seçki Komissiyası layihələrini intensiv şəkildə həyata keçirir. Bu layihələrin əsas məğzi müxtəlif seçki subyektlərinin seçki prosesində rol və vəzifələrinin öhdəsindən kifayət qədər məlumatlı şəkildə gəlməsidir”.
Bu sözləri jurnalistlərə müsahibəsində Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov söyləyib.
O bildirib ki, seçkilərə start verildikdən dərhal sonra seçki komissiyalarının atdığı ən mühüm addımlardan biri ekspert qruplarının formalaşdırılmasıdır. Belə ki, bu ekspert qrupları vətəndaşların seçki hüququna dair müraciətlərinin araşdırılmasına məsuldur.
Rövzət Qasımov əlavə edib ki, ekspert qrupunun üzvləri üçün Mərkəzi Seçki Komissiyası ayrıca olaraq yaddaş kitabçası işləyib hazırlayıb. Artıq yaddaş kitabçası komissiyalarda fəaliyyət göstərən ekspert qrupunun üzvlərinə təqdim edilib.
#Parlament seçkiləri teqi istifadə olunub
- Baş nazir ilk danışığını İtamar Ben-Qvir ilə aparıb
- İsraildə parlament seçkilərinə xarici müdaxilə ehtimalı yoxlanılır
- İsraildə və ABŞ-də seçkilər Qəzzaya təsir edəcək? - Baku TV
- İsraildə seçkilərdə Netanyahu öndədir, amma koalisiyanın gələcəyi qeyri-müəyyəndir
- İsrail seçkilərində ən çox mandat Netanyahunun partiyasına çatdı | Hökuməti kim quracaq? - Baku TV
