Pleyeri seçin:

Paşinyan 8 yox, 4 kəndin adını çəkir | Kəndlər qaytarılmasa...

11 aprel 2024 404 baxış

Qazaxın işğal altında qalan kəndləri ilə bağlı Ermənistan tərəfinin qeyri-müəyyənliyi davam edir.

Ölkə müxalifəti bir yana, hökumətin özündə də bu barədə yekdil fikir yoxdur. Bununla yanaşı, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan anklavlarla bağlı müzakirələrin getmədiyini deyib. Ümumiyyətlə, A.Qriqoryan kəndlərlə bağlı vəziyyəti qəlizləşdirəcək mövqe sərgiləyir.

Parlamentin sədri Alen Simonyan bildirib ki, bu kəndlər Azərbaycana məxsusdur və mütləq təhvil verilməlidir. Onun sözlərinə görə, Ermənistan xəritəsində elə kəndlər yoxdur.

Baş nazir Nikol Paşinyan isə ümumiyyətlə, Azərbaycana qaytarılmalı olan 8 deyil, 4 kəndin adını çəkir. Erməni Baş nazir qeyd edib ki, anklavda olmayan 4 kəndə dair heç bir iddiaları yoxdur və qaytarmağa hazırdırlar. O, anklavda olmayan 4 kənddən danışır, ancaq Qazaxın digər 3 və Naxçıvanın Kərki kəndi barədə heç nə demir.

Ancaq rəsmi Bakının mövqeyi konkretdir. Bu kəndlər verilmədən sərhədlərin delimitasiyası barədə heç bir razılıq əldə etmək mümkün olmayacaq. Deməli, həm də sülh müqaviləsi ilə bağlı məsələ öz həllini tapa bilməyəcək.

Kəndlər məsələsi hazırda Ermənistanın daxili siyasətində əsas müzakirə mövzusudur. Əlinə hər fürsət düşdükcə bölgəni qarışdırmağa çalışan Fransa da məsələ ilə bağlı sakit qalmaq istəmir.

Bir neçə gün əvvəl Fransanın bu ölkədəki səfiri Olivye Dekottini bir qrup fransalı deputatla birgə Ermənistan-Azərbaycan sərhədinə baş çəkərək təxribatçı açıqlamalar verib. Səfirin bu addımı sərhədlərin delimitasiyası prosesini ciddi təhlükə altına qoyur.

Rəsmi Parisin bölgədə sülh istəmədiyi aydındır. Lakin Emmanuel Makronun Cənubi Qafqazda nə axtardığını səfir və deputatların sərhəddəki Zod qızıl mədəninə səfərindən anlamaq mümkündür. Əslində, bu təəssübkeşliyin arxasında dayanan əsas səbəb məhz qızıl və sərvət hərisliyidir.

Lakin Ermənistan və onun havadarları anlamalıdırlar ki, Azərbaycanın səbrinin də bir həddi var. Kəndlər sülh danışıqları çərçivəsində qaytarılmazsa, beynəlxalq hüququn qazandırdığı imkanlardan istifadə etmək lazım gələcək. Çünki bir qarış torpağımızın belə tapdaq altında qalmasına imkan verməyəcəyimizi artıq bütün dünya bilir.

İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzuli Beynəlxalq Hava Limanında qarşıladı - Baku TV

İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzuli Beynəlxalq Hava Limanında qarşıladı - Baku TV

Siyasət
23 iyun 2026 404 baxış
Türkmənistan Prezidentinin Azərbaycana səfəri | Trampın mövqeyi dəyişib - YENİ BİR SƏHƏR

Türkmənistan Prezidentinin Azərbaycana səfəri | Trampın mövqeyi dəyişib - YENİ BİR SƏHƏR

Siyasət
23 iyun 2026 404 baxış
Festivalda qədim adət-ənənələr nümayiş olunub - Baku TV

Festivalda qədim adət-ənənələr nümayiş olunub - Baku TV

Siyasət
23 iyun 2026 404 baxış
ABŞ ilə İran arasındakı proses Xəzəryanı dövlətlərə necə təsir edəcək? - BİZDƏN NƏ DANIŞIRLAR?

ABŞ ilə İran arasındakı proses Xəzəryanı dövlətlərə necə təsir edəcək? - BİZDƏN NƏ DANIŞIRLAR?

Siyasət
22 iyun 2026 404 baxış
AŞ-nin Bakı ofisinin rəhbəri Petr Zix XİN-ə çağırıldı - Baku TV

AŞ-nin Bakı ofisinin rəhbəri Petr Zix XİN-ə çağırıldı - Baku TV

Siyasət
22 iyun 2026 404 baxış
Bakı-Aşqabad xətti açılır: Xəzərdə yeni güc mərkəzi yaranır? - AKTUAL GÜNDƏM

Bakı-Aşqabad xətti açılır: Xəzərdə yeni güc mərkəzi yaranır? - AKTUAL GÜNDƏM

Siyasət
22 iyun 2026 404 baxış
Azərbaycan və Türkmənistan liderləri nələri müzakirə etdi? | "Haber Global"dan süjet - Baku TV

Azərbaycan və Türkmənistan liderləri nələri müzakirə etdi? | "Haber Global"dan süjet - Baku TV

Siyasət
22 iyun 2026 404 baxış
Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib

Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib

Siyasət
22 iyun 2026 404 baxış
Azərbaycan və Türkmənistan arasında hansı məsələlər müzakirə edilib? - Baku TV

Azərbaycan və Türkmənistan arasında hansı məsələlər müzakirə edilib? - Baku TV

Siyasət
22 iyun 2026 404 baxış
İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib - Baku TV

İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib - Baku TV

Siyasət
22 iyun 2026 404 baxış
Seçilmişlər
icon