Pleyeri seçin:

Paşinyan Azərbaycan kəndlərini qaytarır

19 mart 2024 79 baxış

“Bizə məxsus olmayanı verməyə hazır olmalıyıq”.

Bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuşun Əskipara və Bağanis kəndlərində ermənilərlə görüşündə deyib.

Hökumət rəhbəri bildirib ki, Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesi artıq praktiki mərhələyə qədəm qoyub:

“Mənim sizinlə hansı praktiki sualı müzakirə etməyə gəldiyimi bilirsinizmi? Söhbət ondan gedir ki, Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesi praktiki mərhələyə qədəm qoyur.

Delimitasiya və demarkasiya ümumilikdə və xüsusilə Ermənistan Respublikasına münasibətdə nə deməkdir? Siz məndən daha yaxşı bilirsiniz sərhədlər haradan başlayıb, harada bitir. Niyə biz bu gün lazım olan prosesləri icra etmək əvəzinə, onları müzakirə edirik?.

Bizim üçün Ermənistanın ərazi bütövlüyünün möhkəmləndirilməsi vacibdir. Bizim bu gün regionun bir sıra ölkələri ilə problemimiz ondan ibarətdir ki, biz onlardan razılaşmaya əsasən Ermənistanın ərazi bütövlüyünü tanımasını istəyirik. Amma başqalarının bunu tanımasını istəyiriksə, ilk növbədə özümüz tanımalıyıq.

Müxalifət Tavuşdakı kəndləri vermək istədiyimi deyir. Tavuş vilayətində Xeyrimli adlı kənd varmı, həmin kəndin inzibati ərazi dairəsinin rəhbəri kimdir? Tavuşda Əskipara adlı kənd varmı, o kəndin sakinləri kimlərdir? Legitim olaraq bizə məxsus olanı əldə etmək üçün legitim olaraq bizə məxsus olmayanı verməyə hazır olmalıyıq.

Siyasətimiz ondan ibarətdir ki, biz bir daha müharibəyə imkan verməməliyik. Məhz bu səbəbdən biz Ermənistan Respublikasının bu ərazilərdə sərhədini dəqiqləşdirmək qərarına gəldik və bunu təkcə Ermənistan Respublikası naminə deyil, həm də konkret olaraq Əskipara, Güney kəndlərinin təhlükəsizliyini təmin etmək üçün edirik”.

Paşinyan çıxışının sonunda regiondakı problemləri müzakirə edərək həll etməyin vacibliyindən danışıb və xüsusilə vurğulayıb ki, Ermənistan hakimiyyətinin öhdəliyinə düşən əsas məsələ müharibə şəraitindən yayınmaq və bir daha müharibə yaşamamaqdır.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 79 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 79 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 79 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 79 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 79 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 79 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 79 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 79 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 79 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 79 baxış
Seçilmişlər
icon