Paşinyan-Baqrat qarşıdurması | Ekspertlər nələri açıqladı?
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın mayın 10-da başlatdığı itaətsizlik aksiyası artıq fiaskoya uğrayıb.
Mitinqlərin uğursuzluğa düçar olması fonunda Ermənistan parlamentinin spikeri Alen Simonyanın kilsəni hədəf alan açıqlaması isə hakimiyyətin, əslində, məbəd haqqında yekun qərar vermək fikrində olduğunu deməyə əsas verir.
A.Simonyanın kilsənin vergiyə cəlb edilməli olduğunu, buna əsas səbəb kimi isə din xadimlərinin müxtəlif yerlərdən maliyyələşib adekvat fəaliyyət göstərmədiyini deməsi ondan xəbər verir ki, mövcud siyasi elita dini fəaliyyətdən daha çox terror-təxribat əməlləri ilə məşğul olan kilsəni hakimiyyətə tabe etdirməkdən başqa çıxış yolu görmür. Lakin kilsənin də nüfuzunu nəzərə alsaq, atılan addımların münaqişəyə gətirib çıxaracağı da istisna edilmir.
Sirr deyil ki, işğal siyasəti və revanşizm Ermənistanın dövlətçilik ənənəsini təşkil edən əsas amillərdəndir. Bu faktorların reallaşmasında kilsə də mühüm rol oynayıb. Bunun nəticəsidir ki, keşişlərin hələ də aqressor əhval-ruhiyyəsindən əl çəkmədiyini nümayiş etdirən aksiyalar hakimiyyəti kilsə ilə münasibətlərə yenidən baxmağa vadar edir.
Qeyd edək ki, soydaşlarımızın istər tarixi ata-baba yurdu olan Qərbi Azərbaycandan qovulmasında, istərsə də Qarabağda separatizmin qurbanı olmasında erməni kilsəsinin böyük rolu olub.
Erməni din xadimləri bununla həm də terrorçu qruplaşmalarla eyni mövqedə olduqlarını nümayiş etdiriblər. Bu isə erməni dövləti üçün əsas təhdidlərdən biridir və hakimiyyət bunu hələ indi anlamağa başlayıb.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
