Pleyeri seçin:

Paşinyan bu məsələlərə niyə susur? - Ermənistanın məqsədi üzə çıxdı

02 aprel 2024 315 baxış

“Əminəm ki, Rusiya və Ermənistan həvəslə bir az qəribə oyun oynamağa davam edir, hamını “dalaşdıqlarına” inandırmağa çalışırlar”.

Bu sözləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Rusiya və Ermənistan arasında münasibətlər haqda qeyd edib.

“Etiraf etməliyəm ki, onlar o qədər həvəslə və o qədər böyük “siyasi kütlə”nin iştirakı ilə oynayırlar ki, bir çoxları, o cümlədən biz də bu “ermənicə boşanmadan” “dividend” hesablamağa başlamışıq. Mən bütün bunlara həddən artıq güvənən “analitiklərə” sakitləşməyi və təbliğat təxribatına uymamağı tövsiyə etmək istərdim”, – deyə o bildirib.

T.Zülfüqarov xatırladıb ki, “qərbpərəst sorosçu” Nikol Paşinyan hələ də ucadan və emosional danışır:

“Ancaq yalnız Zvartnotsdan bir neçə sərhədçi-fsbeşnikin çıxarılması və Qazaxıstanda özünün tarixi ərzindəki yeganə “missiyasın”dan sonra siyasi baxımdan ölən KTMT-də Ermənistanın üzvlüyünü sual altına almaq cəhdi. Əvəzində sakit səslə danışdığı və ya susduğu məsələlər: Gümrüdəki hərbi baza, hava qrupu, yəni Zvartnotsdakı baza, birgə komandanlığı olan erməni-rus birləşmiş qoşunları, vahid komandanlıqla birgə hava hücumundan müdafiə, Ermənistanın bütün, o cümlədən Azərbaycanla şərti sərhədlərini qoruyan Rusiya Federasiyası FTX-nin sərhəd dəstələri, onlarla dövlətlərarası hərbi və hərbi-texniki müqavilə və sazişlərin qüvvədə qalması, yüzlərlə iqtisadi saziş, o cümlədən Avrasiya İqtisadi İttifaqı və MDB çərçivəsində çoxtərəfli sazişlər.

Qısası, Ermənistan Rusiya Federasiyasının təsirindən çıxmağa hələ çox uzaqdır. Bəs bu danışılmış sirk çadırı nə üçündür? Sadəcə Rusiya Federasiyası öz “qulpsuz çamadanı”na yemək üçün Qərbdən pul dilənməyə icazə verir. Bəs Qərb? O da hər şeyi başa düşür və bu tamaşada “zalım müsəlman türklərdən” xilaskar “xristian bacı” cildində də olsa, iştirak edir.

Beləliklə 5 apreldə – Brüsseldə keçiriləcək Paşinyan-Blinken-Leyen görüşündə elan ediləcək ki, “pis uşaq Nikol” Kremlin razılığı ilə növbəti dəfə “bir banka mürəbbə və bir səbət peçenye” ilə mükafatlandırılır”.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 315 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 315 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 315 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 315 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 315 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 315 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 315 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 315 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 315 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 315 baxış
Seçilmişlər
icon