Pleyeri seçin:

Paşinyan buna görə cavab versin! | Erməni politoloq Nikolun əməllərini açdı

12 aprel 2024 614 baxış

“Paşinyan anti-Rusiya siyasətinin Qərblə münasibətlərdə kömək etmədiyini anlayıb”. Bu barədə erməni politoloq Suren Surenyants bildirib.

Onun sözlərinə görə, bu, hazırkı hakimiyyətin siyasətinin iflasa uğradığını, elan etdikləri “qırmızı xətlərin” çoxdan yaşıl rəngə boyandığını deməyə əsas verir.

Baş nazir Nikol Paşinyanın parlamentdəki çıxışını şərh edən ekspert qeyd edib ki, bu, əvvəldən axıra kimi Ermənistan hakimiyyətinin siyasətinin uğursuzluğunun dolayı etirafına bənzəyir:

“Əsl” və “tarixi” Ermənistan haqqında əfsanələr danışmaq əvəzinə, bu suala cavab vermək daha yaxşıdır. Məndə etibarlı məlumat var ki, erməni tərəfi təklif mübadiləsi prosesində daim Ermənistan SSR-in sərhədlərinin bərpasında israrlıdır. Lakin Bakıdan cavab gəlir ki, Azərbaycanla Ermənistan arasında “yeni sərhədlər” təsdiq edilməlidir. İndi desin ki, onun siyasəti niyə bu nəticəyə gətirib çıxarıb”.

N.Paşinyan daim sovet dövründən qalan sərhədlərin bərpasından danışır, lakin ikinci hissəni – Azərbaycanın Ermənistanla “yeni sərhədlər”in yaradılmasında israrlı olduğunu gizlədir.

Ekspert N.Paşinyanın parlamentdə hökumət saatı zamanı çıxışının şübhəli, qəribə, məntiqsiz və təhlükəli olduğunu bildirib:

“Paşinyanın mülahizələrində saxtakarlıq özünü büruzə verir. Bir halda o, KTMT sülhməramlılarının bu strukturun Ermənistanın ərazi bütövlüyünü tanımadığı üçün dəvət edilmədiyini bildirir, digərində isə deyir ki, onların ölkəmizdə yerləşdirilməsinə icazə verilməyib. Razılaşın ki, bu iki izahat məntiqi zəncirin həlqələrini birləşdirmir. İki fərqli səbəb eyni imtinaya bəraət qazandıra bilməz”.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 614 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 614 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 614 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 614 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 614 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 614 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 614 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 614 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 614 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 614 baxış
Seçilmişlər
icon