Paşinyan ən qısa zamanda sülh müqaviləsinin imzalanmasını istəyir
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan fevralın 15-də Azərbaycanla sülh müqaviləsi üzrə işin növbəti mərhələsini başa vurub və təkliflərini rəsmi Bakıya təqdim edib.
Bunu Baş nazir Nikol Paşinyan hökumətin iclasında deyib. Onun sözlərinə görə, söhbət Ermənistanın təkliflərinin əks olunduğu tam müqavilənin layihəsindən gedir.
"Biz layihə üzərində işləyərkən hər an imzalamağa hazır olduğumuz sənədi əldə etmək məntiqini əsas götürürük. Aydındır ki, sənəd Azərbaycan üçün də məqbul olmalıdır. Ümid edirik ki, danışıqlar prosesinin üç mərhələsi ərzində əldə olunmuş müəyyən uğuru daha da inkişaf etdirmək mümkün olacaq. Əsas odur ki, imzalanma dayanıqlı sülhə gətirib çıxarsın”, - deyə N.Paşinyan bildirib.
Baş nazir hökumətin və şəxsən özünün maksimum qısa müddət ərzində bu müqaviləni imzalamağa hazır olduğunu təsdiqləyib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
