Paşinyan erməniləri Türkiyə ilə qorxutdu | Ya müharibə olacaq, ya da...
Yeniliklərdən dərhal xəbərdar olun
“Nikol Paşinyan Tavuşa səfəri zamanı “mübahisəli 4 kəndin” Azərbaycana qaytarılmalı olduğunu, əks halda müharibə başlayacağını deyib”.
Bu sözləri erməni jurnalist Voskan Sərkisyan Ermənistan Baş naziri Nikol Paşinyanın Tavuşa məlum səfəri və yerli sakinlərlə görüşü haqda danışarkən deyib.
O bildirib ki, Baş nazir yerli sakinlərə Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin təslim edilməsinin zəruri olduğunu deyərək onları hədələyib:
“Paşinyan Əskipara kəndində Bağanis Ayrım və ətraf qəsəbələrin sakinləri ilə görüşüb. Köməkçisi Mger Qriqoryan, Tavuş qubernatoru Hayk Qalumyan, Noyemberyan (Barana) icmasının rəhbəri Arsen Ağababyan da görüşdə iştirak ediblər.
Nikol Paşinyan sonuncu mətbuat konfransında nümayiş etdirdiyi Ermənistan xəritəsini yenidən göstərib. O, sakinlərə Azərbaycanın istədiyi 4 kəndin təhvil verilməli olduğunu deyib, əks halda müharibə ilə hədələyib. Sakinlər soruşub ki, bəs Azərbaycan kəndlərin əvəzində Ermənistana nəyi güzəştə gedəcək? Baş nazir Bakının heç bir təzminat ödəməyəcəyini qeyd edib”.
V.Sərkisyan iddia edir ki, Paşinyan kəndlərlə bağlı Ermənistan xalqının üç yolunun olduğunu açıqlayıb:
“Baş nazir görüşdə sakinləri hədələyib ki, ya kəndləri təslim edəcəyik, ya razılıq verməyəcəyik, ya da Azərbaycanla müharibə edəcəyik. O, bu dəfə guya Türkiyənin də Azərbaycan tərəfindən müharibəyə qoşulacağını vurğulamaqla sakinləri qorxutmağa çalışıb. Paşinyan həmçinin sərhəddə Azərbaycanın əsas mövqeləri nəzarətə götürdüyünü açıqlayıb”. Qeyd edək ki, Paşinyanın sözügedən səfəri haqda təfərrüatlı açıqlama yayılmayıb. Nazirlər Kabinetindən bildirilib ki, görüşlərlə bağlı videolar rəsmi sosial şəbəkə kanallarına yerləşdiriləcək.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
