Paşinyan Ermənistanın niyə silah aldığından danışdı | Bakıya 3 təklif
Yeniliklərdən dərhal xəbərdar olun
“Son 5 ay ərzində bizim Azərbaycanla iki böyük razılaşma əldə etməyimiz olduqca mühümdür. Nəhayət, sülhdən bəhrələnən Ermənistan və Azərbaycan xalqlarıdır”.
Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Britaniya mətbuatına müsahibəsində deyib.
“Eyni zamanda Ermənistan Ordusunun islahatları və modernləşdirilməsi ilə bağlı Azərbaycanın bir sıra bəyanatlarından narahatıq. Azərbaycan və Ermənistanın hərbi büdcələrinin nisbətinə baxsanız, nəzərəçarpacaq dərəcədə disbalansın olduğunu görərsiniz. Bu balanssızlıq şəraitində belə Azərbaycan Ermənistan Silahlı Qüvvələrinin islahatlarına, silah və texnikanın alınmasına çox aqressiv reaksiya verir, baxmayaraq ki, bu satınalmalar sırf müdafiə xarakteri daşıyır.
Döyüşə hazır ordunun olması sülh üçün, qüvvələr balansının düzgün formalaşması üçün vacibdir. Aldığımız silahlar Azərbaycanın aldığı silahların 15-20%-dən çoxunu təşkil etmir”, – N.Paşinyan bildirib.
O qeyd edib ki, Azərbaycana silahlara nəzarət, Alma-Ata Bəyannaməsi ilə müəyyən edilmiş sərhəddən qoşunların geri çəkilməsini və sülh müqaviləsi razılaşdırılmamışdan əvvəl təcavüz etməmək haqqında saziş imzalamağı təklif etmişik.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
