Paşinyan İrandan buna görə üz çevirir | Baqdasaryan hər şeyi danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Bizim üçün ən vacib məsələlərdən biri Ermənistanın ərazi bütövlüyünün qorunub saxlanması və Zəngəzur məsələsidir. Burada Ermənistan və İranın maraqları 100 faiz üst-üstə düşür, ancaq Qərbin yox. Qərb Rusiya və İrandan yan keçən və birbaşa Orta Asiyaya uzanan platforma yaratmaqda maraqlıdır və bu, Türkiyə və Azərbaycan üçün daha sərfəlidir”.
Bu sözləri politoloq Armen Baqdasaryan erməni mediasına geniş şərhində deyib.
Onun iddiasına görə, bu məqamda Ermənistan Baş naziri Nikol Paşinyanın İranla münasibətləri ikinci mərhələyə keçirib, birbaşa Qərbə üstünlük verməsi müşahidə edilir:
“Qərb üçün bölgəmizdə əsas oyunçu Türkiyədir və əsas hədəf bir tərəfdən Rusiya, digər tərəfdən isə İran olduğu üçün təbii ki, Qərbə inteqrasiya birbaşa Türkiyə ilə münasibətləri gücləndirmək və əməkdaşlıq etmək deməkdir. Həmin inteqrasiyanın yolu Türkiyədən keçəcək və Ermənistan iqtisadi, siyasi və hərbi potensialı ilə Türkiyə ilə bərabərhüquqlu əməkdaşlıq edə bilməyəcək və nəticədə Türkiyənin marionet ölkəsinə çevriləcək”.
Onun fikrincə, İran Ermənistanın müdafiə qabiliyyətini artırmaq arzusu və imkanı olan ölkədir. Ancaq hazırda Ermənistanın qərbyönlü siyasəti İranla əlaqələrin saxlanılmasına imkan vermir, hətta Avropa İrəvanın İrana sanksiyalara qoşulmasını tələb edə bilər.
Baqdasaryan qeyd edib ki, Paşinyanın “bir gün İranla sərhədin bağlana biləcəyi” haqda sözləri ciddidir, xüsusən nəzərə alaq ki, o, bu fikri ABŞ-nin yüksək rütbəli məmurunun səfəri zamanı səsləndirmişdi.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
