Paşinyan niyə istefa vermədiyini açıqladı: Ermənistan parlamentində qalmaqal
Yeniliklərdən dərhal xəbərdar olun
“Əgər mənim gedişimlə bütün problemlər həll olunacaqsa, istefa verməyə hazıram. Mən kreslodan yapışmamışam. Amma bütün təhlillər göstərir ki, getsəm hadisələr daha da pisə doğru dəyişəcək. Ona görə də istefa verməyə tələsmirəm”.
Bunu oktyabrın 4-də Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə “hökumət saatı”nda “Ermənistan” blokundan olan deputat Mher Saakyanın sualını cavablandırarkən deyib. İclasda müxalifət partiyasından olan deputatlarla Paşinyan arasında qarşıdurma yaşanıb.
Millət vəkilləri onu “Dağlıq Qarabağın itirilməsində, əhalinin “deportasiyası”nda və Sünik bölgəsinin zəifliyində” ittiham ediblər. “Ermənistanı son çöküşdən xilas etməyə” çağırışlar səsləndirilib.
Buna cavab olaraq qəzəblənmiş Paşinyan “Qarabağın təslim olması” ilə bağlı ittihamlardan bezdiyini bildirib.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
