Paşinyan özünü Qərb və Rusiya arasında "satır"?
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistanın Baş naziri iki daş arasında qalıb. Qərblə Rusiya arasında seçimini qərarlaşdıra bilməyən Nikol Paşinyan özünü hər tərəfə bir formada satır”.
Bunu rusiyalı politoloq Aleksey Naumov Qərbin Rusiyaya tətbiq etdiyi sanksyalar fonunda Ermənistanın ikibaşlı oyununu şərh edərkən bildirib.
“İdxal baxımından Ermənistan Rusiya üçün faydalıdır. Eyni zamanda Ermənistan Rusiya üçün xeyri bilinməyən formal müttəfiqliyini qoruyur. Paşinyan Ermənistanı Rusiyanın regionda təsirinə mane olan ölkə kimi qələmə verərək Qərbdən də faydalanmaq istəyir. Rusiyaya isə özünü Qərbin sanksiyalarından yan keçmək üçün kömək edən ölkə kimi təqdim edir. Məsələ isə bundadır ki, Ermənistanın Rusiyaya verə biləcək heç bir siyasi gücü yoxdur. Paşinyan müharibədə məğlub olan, qonşuları ilə kompromisə gedə bilməyən yoxsul ölkəni təmsil edir”, – deyə politoloq bildirib.
A.Naumov onu da qeyd edib ki, N.Paşinyanın Qərblə dostluğu Rusiyada alqışlanmır.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
