Paşinyan Putinlə telefonla danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb.
Kremlin məlumatına görə, söhbət zamanı regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün praktiki olaraq qarşıda duran məsələlərin həllinə diqqət yetirilməklə Qarabağ ətrafında vəziyyətin inkişafı müzakirə edilib.
Laçın yolu kontekstində Rusiya, Ermənistan və Azərbaycan liderlərinin imzaladığı fundamental razılaşmaların bütün şərtlərinə ciddi əməl olunmasının vacibliyi bir daha öz təsdiqini tapıb.
Qeyd edək ki, bir qədər əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə də telefonla danışıb. Söhbət zamanı regiondakı hərbi-siyasi vəziyyət müzakirə edilib, bölgədə sülhün və stabilliyin təmin edilməsi üçün ardıcıl səylərin zəruriliyi vurğulanıb, Cənubi Qafqaz regionunda humanitar sahədə vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Onlar həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün aparılan danışıqları müzakirə ediblər.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
