Paşinyan "Tarixi Ermənistan"dan imtina edir?
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın soyqırımı nağılları uzun illərdir ki, onun qonşuları ilə əlaqələrində əsas əngəllərdən birinə çevrilib.
Erməni cəmiyyətinin “qara yara”sı olan bu yalanlar qlobal cinayətkar şəbəkəsi erməni diasporunun da əsas pul dillənmə vasitələrindəndir. Bu şəbəkə bəzi ölkələrin siyasətçilərini müxtəlif təhdidlərlə, bəzilərini isə Kim Kardaşyan və onun kimilərin vasitəsilə ələ alaraq bu böyük yalanı “soyqırımı” kimi qəbul edib.
Bu erməni oyunu Frsansa kimi ölkələri isə gülünc vəziyyətinə salıb. Özünü “Ermənistanın bacısı” elan etmiş bu ölkə daha da irəli gedərək bu saxta iddiaları rədd edənlərin məsuliyyətə cəlb edilməsi barədə qanun qəbul edib.
Fransanın Əlcazairdə, dünyanın gözü qarşısında etdiyi soyqırımı bir kənara qoyaraq reallıqdan uzaq bir iddialar üçün bu qədər canfəşanlıq göstərməsi onun kimlərin diqtəsi ilə idarə olunduğu barədə aydın təsəvvür yaradır. Bu gün də diaspor adlanan bu kriminal qrup Yelisey sarayına öz əmrlərini diqtə edir.
Hər ilin aprelində ermənilərin bu saxta iddialarla bağlı həm öz ölkələri daxilində, həm də xaricdə müəyyən açıqlamaların şahidi oluruq. Bu yaxınlarda ölkənin Baş naziri Nikol Paşinyan bildirib ki, onlar “tarixi Ermənistan”dan imtina etməlidirlər. Güman ki, N.Paşinyan “tarixi Ermənistan” dedikdə həm dənizdən dənizə “böyük Ermənistan” barədə xəyalları, həm də soyqırım iddialarını nəzərdə tutur. Həqiqətən də bu 2 amil Ermənistan üçün başağrısıdır və onun müstəqilliyini əlindən alaraq digər dövlətlərdən aslı hala salır.
Məhz bu kimi saxta iddialardan istifadə edərək bəzi ölkələr illərdir Ermənistanı öz təsir dairəsində saxlayırlar. Erməni Baş nazir özü də çıxışında buna eyham vurub soyqırım qorxusunun onları həmişə əsarətdə saxladığını, başqa ölkələrin forpostuna çevirdiyini bildirib.
N.Paşinyan “böyük Ermənistan” xəyallarını dəf etmək üçün referenduma hazırlaşdıqlarını artıq bəyan edib. Erməni Baş nazir yaxşı bilir ki, bu cür sərsəm iddialar olduqca nə Türkiyə, nə də Azərbaycan Ermənistanla əlaqə quracaq. Ermənistanın müstəqil dövlət kimi var olması yalnız bu saxta iddialardan birdəfəlik imtina edilməsindən keçir.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
