Paşinyan Rusiyanı yenə günahlandırdı
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə Rusiyanı ittiham edib. Erməni hökumət başçısı aprelin 11-də sərhəddə baş verən təxribata görə ölkədəki “5-ci kolon”u günahlandırıb.
Təbii ki, Ermənistan daxilində bir neçə dövlətin “5-ci kolon”u olsa da, gərginlik yaradacaq qədər orduya nüfuz edən Rusiyadır. Bu isə daha çox iki məsələni gündəmə gətirir: Nikol ya bu dəfə ikibaşlı oyun oynayır, ya da ki oxları bilərəkdən Ermənistanın, dolayısı ilə daxildəki agenturanın üzərinə tuşlayır.
N.Paşinyanın Qərbə yaxınlaşdıqca Rusiyaya xəyanət etməsi, buna baxmayaraq, İrəvanın hələ də Moskvadan asılı qalması heç kimə sirr deyil. Bu isə hər şeydən əvvəl Ermənistan hərbi-siyasi hakimiyyətinin necə acınacaqlı vəziyyətdə olduğunun, ölkənin xarici güclərin əlində oyuncağa çevrildiyinin sübutudur.
Ermənistan uzun illər Rusiyanın forpostu olub. Himayə altına sığınan ölkənin ordusunun da agentura olması normaldır. Bu isə ölkədə xaosun və böhranın pikk həddə çatdığını göstərir. Bir sözlə, N.Paşinyan hakimiyyəti özü ilə yanaşı, erməni xalqını da uçuruma aparır.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
