Paşinyan sərhədlərin delimitasiyasına hazır olduğunu bildirib
Yeniliklərdən dərhal xəbərdar olun
“Biz qoşunları 1991-ci il Ermənistan-Azərbaycan sərhəd xətti boyunca təhlükəsiz məsafəyə çıxarmağa hazırıq”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 13-də hökumət iclasında bildirib. O vurğulayıb ki, bu məsələ ilə bağlı Avropa İttifaqının yaydığı mesajın önəmli olduğunu düşünür.
“Söhbət 1991-ci il dekabrın 21-də Almatı bəyannaməsi ilə dövlət sərhədinə çevrilən Ermənistan SSR ilə Azərbaycan SSR arasında mövcud olan inzibati sərhəddən gedir. Bu xəttə hörmət edilməlidir” deyən N.Paşinyan əlavə edib ki, vəziyyətin sabitliyinin etibarlı təminatı kimi hər iki tərəfin silahlı qüvvələri bu sərhəddən təhlükəsiz məsafəyə çıxarılmalıdır.
“Biz həmçinin əvvəllər qeyd etdiyimiz prinsiplər əsasında regional iqtisadi və nəqliyyat əlaqələrini bərpa etməyə hazırıq. Eyni zamanda Praqa və Soçidəki razılaşmalar əsasında sərhədlərin delimitasiyasına hazırıq”, – deyə Ermənistanın Baş naziri vurğulayıb.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
