Paşinyan sülh müqaviləsinə imza atmağa hazırdır? | Ermənistan hələ də şərtləri yerinə yetirmir
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə sülh göyərçini libasını geyinib.
O, sosial şəbəkə hesabında paylaşım edərək Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi layihəsinin razılaşdırıldığını və bu sənədin altına imzasını atmağa hazır olduğunu yazıb. Onun bu paylaşımı ciddi müzakirələrə səbəb olub.
Ermənistanın son addımları onu deməyə əsas verir ki, İrəvan yalnız özünü sülhsevər tərəf kimi göstərməyə çalışır. Daha əvvəl türkiyəli jurnalistlərlə görüşündə də N.Paşinyan Azərbaycanla sülhün əldə olunması ilə bağlı boş vədlər vermişdi.
Məlumat üçün bildirək ki, sülh müqaviləsi 17 maddədən ibarətdir. Sənəd artıq razılaşdırılsa da, Azərbaycanın Ermənistan qarşısında qoyduğu şərtlər hələ də yerinə yetirilməyib. Bu şərtlər Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu Ermənistan Konstitusiyasına dəyişikliyin edilməsi və ATƏT-in Minsk qrupunun ləğv olunmasıdır.
Ermənistan, həqiqətən, sülh istəyirsə, bu tələbləri də yerinə yetirməlidir. Hələlik isə İrəvan ikiüzlü siyasəti ilə yenidən mələk cildinə girməyə çalışır.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
