Paşinyan Türkiyə ilə əlaqələrdən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Türkiyə ilə münasibətlərin tam nizamlanmasına, diplomatik münasibətlərin qurulmasına və sərhədlərin açılmasına hazırdır.
Bunu Almaniyanda səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Baş nazir qeyd edib ki, Ermənistanın regionda sülhün bərqərar olması baxışının aspektlərindən biri Türkiyə ilə münasibətlərin tənzimlənməsidir.
“Biz ümid edirik ki, Türkiyə 90-cı illərin əvvəllərində birtərəfli qaydada bağladığı sərhədi tam açacaq”, - deyə N.Paşinyan bildirib. Bununla da o, bu istiqamətdə kiçik, lakin ümidverici addımlara işarə edib.
Baş nazir xatırladıb ki, 2022-ci ilin iyulunda Ermənistan və Türkiyənin xüsusi nümayəndələri hava yükdaşımaları yaratmaq və üçüncü ölkə vətəndaşları üçün dövlətlərarası sərhədi açmaq barədə razılığa gəliblər. Nəticədə, 2023-cü ilin yanvarında ölkələr arasında birbaşa hava yüklərinə qoyulan qadağa aradan qaldırılıb.
Baş nazir ümid edir ki, tezliklə sərhəd üçüncü ölkə vətəndaşları üçün açıq olacaq
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
