Paşinyan Türkiyə ilə sərhədlərin açılmasından, Bakı ilə sülh şərtlərindən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanla sülh müqaviləsinin bəzi müddəaları razılaşdırılıb.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan çıxışında bildirib.
“Azərbaycanla sülhün 3 fundamental prinsipi razılaşdırılıb və Tərəflər həmin razılaşdırılmış prinsiplərə sadiq qalarsa, sülh və münasibətlərin normallaşdırılması sazişinin imzalanması reallaşar”, – deyə o söyləyib.
Baş nazir qeyd edib ki, plana Türkiyə ilə münasibətlərin tənzimlənməsi də daxildir: “Ümidvaram ki, yaxın gələcəkdə biz xüsusi nümayəndələrin müzakirələri və danışıqları nəticəsində əldə olunmuş razılıqların həyata keçirilməsinə nail olacağıq. Bu mərhələdə Ermənistan-Türkiyə sərhədi 3-cü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılar. Siyasi razılaşma ilə yanaşı, mühüm infrastruktur işləri də görülüb, xüsusən də biz Marqara keçid məntəqəsində işləmişik və artıq açılışa hazırıq”.
Paşinyan əlavə edib ki, son iki ildə beynəlxalq vəziyyət xeyli pisləşib. Nüvə müharibəsi ehtimalından danışan erməni Baş nazir bu vəziyyətin ölkəsi üçün ciddi təhlükələr yaratdığını qeyd edib.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
