Paşinyandan Azərbaycan və Ermənistan arasındakı münasibətlərlə bağlı mühüm açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanla əldə olunan razılaşmaları sülh sazişinə əlavə etməklə bu müqaviləni imzalamağın vaxtı çatıb”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Kopenhagen Demokratiya Sammitindəki çıxışında bildirib.
“Bütün çətinliklərə baxmayaraq, biz inanırıq ki, demokratiyanın əsl və ən perspektivli yolu daimi və davamlı sülhdür. Rəhbərlik etdiyim hökumət də bunun məsuliyyətini öz üzərinə götürüb”, – deyə N.Paşinyan vurğulayıb.
Sərhədlərin delimitasiyası və demarkasiyası barədə razılaşmaya da toxunan erməni Baş nazir bildirib ki, bu zaman Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasındakı inzibati sərhədlər əsas götürülməlidir.
Almatı bəyannaməsinə əsasən, həmin sərhədlər iki ölkə arasında dövlət sərhədi kimi müəyyənləşdirilib. O, “Sülh kəsişməsi” layihəsinə də toxunaraq həmin təşəbbüsün tərəflər arasında nəqliyyat əlaqələrinin bərpasına xidmət edəcəyini bildirib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
