Paşinyandan Azərbaycana ağır ittiham | Nikol nədən qorxur?
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının aparıldığı bir vaxtda ölkənin Baş naziri Nikol Paşinyan növbəti dəfə təxribat xarakterli açıqlamalar verib.
Hökumət rəhbəri "France24"ə müsahibəsində deyib ki, İrəvanla Bakı arasında sülh hələ mümkün deyil.
Təxribatçı ritorikasına davam edən Paşinyan Azərbaycanın ünvanına çirkin ittihamlar səsləndirməkdən də çəkinməyib. "Azərbaycan Ermənistanı "Qərbi Azərbaycan" hesab edir. Buna son hadisələri də əlavə etsək, sülhün hələlik qeyri-mümkün olduğu bəlli olur. Rəsmi Bakıdan gələn bəyanatları təhlil edərək belə qənaətə gəlirik ki, bəli, Ermənistana hücum ehtimalı çox böyükdür. Azərbaycan Ermənistanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını praktiki olaraq tanımır, baxmayaraq ki, diplomatik səviyyədə Azərbaycan əmin edir ki, onun hücum etmək niyyəti yoxdur", – o bildirib.
Absurd iddialarında sərhəd tanımayan Paşinyan Ermənistan silahlı qüvvələrinin ölkəsinin Azərbaycanla şərti sərhədində törətdikləri son təxribatlara belə baxmayaraq, iddia edir ki, rəsmi İrəvanın tək istəyi var, o da qonşu ölkələrlə sülh içində yaşamaq.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
