Paşinyandan Azərbaycana mümkünsüz təklif | İrəvan indi nəyə çalışır?
Yeniliklərdən dərhal xəbərdar olun
Vətən müharibəsindən sonra Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin detalları müzakirə edilsə də, Nikol Paşinyan hakimiyyətinin qeyri-adekvat mövqeyi proseslərin müsbət məcrada irəliləməsinə mane olub.
Erməni Baş nazir bu dəfə də özünü sülh tərəfdarı göstərmək üçün Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq bir-birinə qarşı beynəlxalq məhkəmələrə verdikləri iddiadan geri çəkilməsinin mümkünlüyündən danışıb.
Halbuki Nikolun dedikləri sadəcə cəfəngiyyatdır. Çünki rəsmi İrəvanın Azərbaycanla bağlı əsassız ittihamlarla beynəlxalq məhkəmələrə verdiyi şikayət rəsmi Bakının faktlarla Ermənistana qarşı qaldırdığı vəsatətlərlə müqayisə edilə bilməz.
İşğal dövründə ermənilərin ölkəmizə vurduğu ziyanın miqyası aparılan araşdırmalara əsasən, milyardlarla dollarla ölçülür. Təbii ki, Azərbaycan bu cinayətlərin üstündən xətt çəkərsə, sülhə verilən töhfədən daha çox, Ermənistanın mənafeyinə yarayar. Elə N.Paşinyan da bu təkliflə, əslində, sülhü deyil, şəxsi maraqlarını təmin etməyə çalışır və bununla da hiyləgər xislətini bir daha ortaya qoyur.
Vətən müharibəsindən sonra Azərbaycan dəfələrlə Ermənistana sülh əlini uzatsa da, İrəvan qeyri-konstruktiv mövqeyi ilə prosesi yubadıb, mübahisəli məsələləri aktiv fazada saxlayıb. Lakin Ermənistan unutmamalıdır ki, onun sülhdən başqa yolu yoxdur və şərtləri də yalnız Azərbaycan diqtə edir.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
