Paşinyandan Azərbaycana təklif | 2 variant var
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycanla sərhədin delimitasiyası üçün iki variant var: onu ya bütün sərhəd boyunca, ya da hissələrə ayırmaqla aparmaq”.
Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 15-də keçirdiyi hökumət iclasında deyib.
Bildirib ki, sərhədlərin bərpası məsələsində ölkəsi konstruktiv mövqe nümayiş etdirir:
“2022-ci ildə razılıq əldə olunub ki, sərhədlərin delimitasiyası komissiyalarının vəzifələrinə sərhəd təhlükəsizliyi məsələləri də daxil edilsin. Ermənistan sərhədlərin delimitasiyası və təhlükəsizlik məsələləri üzrə komissiya yaradıb. İrəvan sərhədlər razılaşdırıldıqdan sonra qoşunların sərhəd xəttindən qarşılıqlı şəkildə çıxarılmasına hazırdır. Biz konstruktiv yanaşma nümayiş etdirərək Azərbaycanla sərhədin yerdə müəyyənləşdirilməsini və qoşunların çıxarılmasının həyata keçirilməsini təklif etmişik.
İkinci variant odur ki, biz sərhədi parçalara ayırırıq və hissə-hissə irəliləyirik. Hətta razılaşırıq ki, bölgə-bölgə demarkasiya aparılsın, hər bir bölgədə sərhədi təkrar müəyyən edək, sonra isə anklav məsələsini son mərhələyə buraxaraq qoşunların yerləşdiyi yerləri dəqiqləşdirək".
Baş nazir çıxışında onu da vurğulayıb ki, Ermənistan bütün qonşu dövlətlərin ərazi bütövlüyünü tanıyır və öz sərhədlərindən kənarda heç bir niyyəti yoxdur.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
