Pleyeri seçin:

Paşinyandan delimitasiya barədə təcili açıqlama | O ərazidə iddiamız yoxdur

23 aprel 2024 372 baxış

“İrəvan və Bakı sərhədlərin delimitasiyası ilə bağlı praktiki prosesə başlayıb ki, bu da çox vacibdir”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Britaniya mətbuatına müsahibəsində deyib. Bildirib ki, 29 743 kv.km ərazidən kənarda ölkəsinin heç bir istiqamətdə heç bir iddiası yoxdur.

Onun sözlərinə görə, hökumət suverenliyini, müstəqilliyini məhz bu əsasda qurmalı və inkişaf etdirməlidir.

“Biz Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası üzrə praktiki prosesə başlamışıq ki, bu da təhlükəsizlik risklərinin azaldılması da daxil olmaqla inanılmaz dərəcədə vacibdir. Ermənistanla Azərbaycan arasında SSRİ-nin dağılması zamanı mövcud olan sərhədləri yenidən bərpa etmək lazımdır. Yeni sərhədlər çəkməyə ehtiyac yoxdur, SSRİ-nin dağılması zamanı mövcud olan sərhədləri xəritə üzərində bərpa etsək, bəs edir”.

N.Paşinyan həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülhün 3 fundamental prinsipi qeydə alınıb: “Birincisi, Ermənistan və Azərbaycanın 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıması, ikincisi, hər iki ölkənin Alma-Ata Bəyannaməsini delimitasiya prosesində siyasi əsas kimi qəbul etməsi, üçüncüsü, regional kommunikasiyaların ölkələrin suverenliyi və yurisdiksiyası altında, qarşılıqlılıq və bərabərlik prinsipləri əsasında açılması”.

Hökumət rəhbəri müsahibəsində onu da bildirib ki, bundan əvvəl İrəvan və Bakı 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq sərhədlərin delimitasiyası ilə bağlı razılaşıblar. Bundan əlavə, tərəflər təmas xətti boyunca öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsi barədə də razılığa gələcəklər.

Onun sözlərinə görə, proseslər tam başa çatana qədər sərhədlər delimitasiya olunmuş hesab olunacaq.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 372 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 372 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 372 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 372 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 372 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 372 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 372 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 372 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 372 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 372 baxış
Seçilmişlər
icon