Paşinyandan Qarabağ açıqlaması: Ortada Ermənistan məsələsi var idi
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağ məsələsi ilə bağlı bizim istədiklərimiz ən azı 1996-cı ilin dekabrında ATƏT-in Lissabon sammitindən sonra artıq mümkün olmadı”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə 2024-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxışında deyib.
“Həmin sammitə qoşulanlar qapalı rəsmi görüşlərdə bizi daim ruhlandırırdılar. Amma öz düşüncələrində Ermənistanda dövlətin yaranmasının qarşısını almaq haqqında düşünürdülər.
Onların strateji ssenarisi Qarabağ məsələsindən erməni dövlətçiliyinin inkişafının qarşısını almaq üçün rıçaq kimi istifadə etmək, həmçinin de-fakto və ya de-yure həll etmək mümkün olana qədər Qarabağ məsələsinin həllinə mane olmaqla Ermənistanın müstəqil dövlət kimi mövcudluğunu dayandırmaq idi.
Ən azı 1996-cı ildən bu günə qədər Qarabağ məsələsi bitmişdi. Orada Ermənistan məsələsi var idi. 1998, 1999-cu il, xüsusən də 27 oktyabr, 2020, 2023-cü il hadisələri bu kontekstdə nəzərdən keçirilməlidir”, – N.Paşinyan vurğulayıb.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
