Paşinyandan sülhlə bağlı gözlənilməz çağırış | Geri addım atır?
Yeniliklərdən dərhal xəbərdar olun
İrəvan Bakını noyabrda COP29-a qədər sülh müqaviləsinin razılaşdırılmış maddələrini imzalamağa dəvət edir.
Belə bir çağırışla Ermənistanın Baş naziri Nikol Paşinyan BMT-də “Sülh naminə liderlik” mövzusunda müzakirələr zamanı çıxış edib.
Onun sözlərinə görə, belə bir addım sülh prosesinin irəliləməsinə şərait yaradacaq.
Baş nazir öz çıxışında Ermənistanın Azərbaycanla sülh müqaviləsini imzalamağa hazır olduğunu xüsusilə vurğulayıb.
Bu çıxışdan belə anlamaq olar ki, avqustun 31-də keçirdiyi mətbuat konfransında “mübahisəli məqamlar var, onlar həll edilmədən sülh sazişini imzalaya bilmərik” deyən Paşinyan indi özü buna can atır. Çünki ölkəsinin düşdüyü vəziyyətdən yalnız bu yolla çıxa biləcəyini artıq dərk edib.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
