Paşinyandan sülhlə bağlı vacib açıqlama | Buna ehtiyac qalmayacaq!
Yeniliklərdən dərhal xəbərdar olun
İrəvan delimitasiya prosesi başa çatdıqdan sonra üçüncü ölkələrin qüvvələrini Ermənistan-Azərbaycan sərhədinə yerləşdirməməyə razıdır.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə mediasına müsahibəsi zamanı bildirib.
“Biz üçüncü ölkələrin qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiya olunmuş hissələrinə yerləşdirilməməsi ilə bağlı müddəanın genişləndirilməsini təklif edirik. Zənnimcə, bu, məntiqlidir, çünki delimitasiya nəticəsində sərhəddə eskalasiya riski xeyli azalır və deyərdim ki, minimuma enir. Beləliklə, sərhədin tam delimitasiyası başa çatdıqdan sonra Ermənistan-Azərbaycan sərhədinin heç bir hissəsində üçüncü qüvvələrin olmasına ehtiyac qalmayacaq və Ermənistan belə bir yanaşmanı təklif edir”, – deyə Baş nazir vurğulayıb.
Qeyd edək ki, Paşinyan sülh sazişinin imzalanmasından sonra beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddiaları geri götürməyə hazır olduğunu da bəyan edib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
