Pleyeri seçin:

Paşinyandan Şuşa ilə bağlı etiraf

20 iyun 2023 112 baxış

“Şuşanın itirilməsi 2020-ci il 10 noyabr bəyanatının imzalanmasının əsas səbəblərindən biri oldu”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclasında bildirib.

O, üçtərəfli bəyanatı imzalamasından da danışıb. “Mən üçtərəfli bəyanatı niyə məhz noyabrın 9-da imzaladım? Əlbəttə, burada dönüş nöqtəsi Şuşanın Azərbaycanın nəzarətinə keçməsi idi. Çünki şəhərin təkcə simvolik deyil, həm də strateji əhəmiyyəti var idi” deyən Nikol Paşinyan Azərbaycan Ordusunun Şuşanı azad etməsi ilə Xankəndinin zərbə altında qala biləcəyini xatırladıb.

“Həmçinin Xocavəndə təzyiqlər artacaqdı. Ən əsası isə 25 minə yaxın əsgər mühasirədə qala bilərdi”, – deyə Baş nazir bildirib.

O qeyd edib ki, noyabrın 9-da müharibəni dayandırmaq üçün 5-ci cəhd edilib. N.Paşinyanın sözlərinə görə, birinci cəhdi oktyabrın 7-də Rusiya Prezidenti Vladimir Putinin ad günündə edib. O, Şuşanı saxlamağa cəhd etdiklərini, lakin bunun mümkün olmadığını deyib.

Ermənistan Baş nazirinin sözlərinə görə, oktyabrın 19-da Rusiya Prezidenti Vladimir Putin ona Azərbaycan tərəfinin yeni tələbi – onların hesablamalarına görə, 90 faizi azərbaycanlı olan şəhərin əhalisinin geri qaytarılmasına zəmanət verilməsi barədə məlumat verib.

“Noyabrın 9-da səhər sənədi imzalayanda məlum oldu ki, Azərbaycan imzalamayıb və yeni şərtlər irəli sürüb”, – deyən N.Paşinyan qeyd edib ki, rəsmi Bakı Qazax rayonunun erməni işğalında olan Azərbaycan kəndlərinin qaytarılmasını tələb edib. Bu tələbi N.Paşinyana Rusiya Prezidenti çatdırıb.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 112 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 112 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 112 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 112 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 112 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 112 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 112 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 112 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 112 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 112 baxış
Seçilmişlər
icon