Pleyeri seçin:

Paşinyanı devirmək üçün güclər birləşir | Aksiyaların sonu necə olacaq?

13 may 2024 536 baxış

Ermənistanda Tavuş yeperxiyasının arxiyepiskopu Baqrat Qalstyanın başında dayandığı etirazlar günlərdir davam edir.

Müxalifət hələ ki istədiyinə nail ola bilməsə də, bu, son illər ölkədə baş tutan ən böyük aksiyalardan biridir.

Müxalifətin hökuməti böhtan yağışına tutması Baş nazir Nikol Paşinyanla yanaşı, Erməni Apostol Kilsəsinin rəhbəri 2-ci Qareginin də nüfuzuna da ciddi təsir etməkdədir. Düzdür, Qaregin də ara-sıra Paşinyanı tənqid edib və daha çox revanşist mövqeyi ilə seçilir. Ancaq katolikos əksər məsələlərdə bitərəf mövqedə qalır, hökumətlə açıq siyasi mübarizəyə girmir.

Hazırda Ermənistan daxilində bir çox qüvvə və ayrı-ayrı siyasi fəallar tərəfindən aksiyaya dəstək çağırışları edilir. Həmçinin keçmiş prezident Robert Koçaryan, keçmiş müdafiə naziri Seyran Ohanyan, Rusiya yönümlü “Çiçəklənən Ermənistan” partiyası, diaspor və kilsə müxalif keşişin ətrafında toplaşıb. Təbii ki, burada əsas məqsəd yeni hökumət qurularsa, bundan öz mənafeyi üçün istifadə etməkdir.

Yeri gəlmişkən, aksiyalar İrəvandan savayı artıq Ararat vilayətinə də yayılıb. Aksiyalara xaricdən də güclü dəstək verilir. ABŞ və Avropada mövcud olan erməni diasporu öz adamları, keçmiş xarici işlər naziri Vardan Oskanyanın vasitəsilə fəal şəkildə aksiyalara dəstək göstərir.

Oskanyan xaricdən maliyyə kanalları tapmağa çalışır, Paşinyanın devrilməsi üçün təkliflər təqdim edərək təşəbbüsü ələ almağı hədəfləyir. Ancaq aksiyalar hazırda hökuməti devirəcək gücdə deyil. Çünki üsyankar keşiş sadə xalqdan kifayət qədər dəstək ala bilmir. Lakin həm erməni cəmiyyətində, həm də regionda aksiyaların uğurlu olacağı təqdirdə yeni hökumətlə bağlı müzakirələrə də başlanılıb. Ehtimal ki, yeni hökumət fərqli siyasi qrupların təmsilçilərindən ibarət milli birlik formatında ola bilər. Baş nazirliyə ən şanslı namizəd kimi isə Baqrat Qalstyan və ya Robert Koçaryan görünür.

Ərdoğanın “Dünya beşdən böyükdür” çağırışı BMT-də hansı dəyişikliklərə yol aça bilər? - Baku TV

Ərdoğanın “Dünya beşdən böyükdür” çağırışı BMT-də hansı dəyişikliklərə yol aça bilər? - Baku TV

Siyasət
23 sentyabr 2026 536 baxış
İlham Əliyev İsveçin Azərbaycandakı yeni səfiri ilə nələri müzakirə etdi? - Baku TV

İlham Əliyev İsveçin Azərbaycandakı yeni səfiri ilə nələri müzakirə etdi? - Baku TV

Siyasət
23 sentyabr 2026 536 baxış
BMT-nin sınaq həftəsi: müharibələr, nüvə gərginliyi və yeni dünya nizamı - AKTUAL GÜNDƏM

BMT-nin sınaq həftəsi: müharibələr, nüvə gərginliyi və yeni dünya nizamı - AKTUAL GÜNDƏM

Siyasət
23 sentyabr 2026 536 baxış
Azərbaycan-Estoniya əməkdaşlığının genişləndirilməsi ilə bağlı müzakirə - Baku TV

Azərbaycan-Estoniya əməkdaşlığının genişləndirilməsi ilə bağlı müzakirə - Baku TV

Siyasət
23 sentyabr 2026 536 baxış
Bayramov və Əraqçinin görüşündə ikitərəfli münasibətlərə dair hansı məsələlərə toxunuldu? - Baku TV

Bayramov və Əraqçinin görüşündə ikitərəfli münasibətlərə dair hansı məsələlərə toxunuldu? - Baku TV

Siyasət
23 sentyabr 2026 536 baxış
İrandan Azərbaycana uçuşlar dayandırılıb | Səfirlik vətəndaşlara müraciət etdi - Baku TV

İrandan Azərbaycana uçuşlar dayandırılıb | Səfirlik vətəndaşlara müraciət etdi - Baku TV

Siyasət
23 sentyabr 2026 536 baxış
ABŞ və İran arasında gözlənilən saziş imzalanacaq? | Hörmüz boğazı açıla bilər - YENİ BİR SƏHƏR

ABŞ və İran arasında gözlənilən saziş imzalanacaq? | Hörmüz boğazı açıla bilər - YENİ BİR SƏHƏR

Siyasət
23 sentyabr 2026 536 baxış
Türk dövlətlərinin müdafiə əlaqələri daha da dərinləşir - Baku TV

Türk dövlətlərinin müdafiə əlaqələri daha da dərinləşir - Baku TV

Siyasət
23 sentyabr 2026 536 baxış
Ərdoğan İlham Əliyevin yürütdüyü siyasəti hansı kontekstdə vurğuladı? - Baku TV

Ərdoğan İlham Əliyevin yürütdüyü siyasəti hansı kontekstdə vurğuladı? - Baku TV

Siyasət
22 sentyabr 2026 536 baxış
ABŞ Prezidenti Bakı ilə İrəvan arasındakı prosesdən danışdı - Baku TV

ABŞ Prezidenti Bakı ilə İrəvan arasındakı prosesdən danışdı - Baku TV

Siyasət
22 sentyabr 2026 536 baxış
Seçilmişlər
icon