Paşinyanın iki gün öncə təyin etdiyi səfirə "xoş gəldin" mesajı
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Belçikadakı səfiri və bu ölkənin Avropa İttifaqı yanındakı nümayəndəliyin rəhbəri Tiqran Balayan Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyinin “X” sosial şəbəkəsindəki səhifəsini izləməyə başlayıb.
Bununla bağlı Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyi, Avropa İttifaqı yanında nümayəndəliyi “X” sosial şəbəkəsində paylaşım edib.
“Cənab səfir Tiqran Balayan, Azərbaycan səfirliyinin hesabına xoş gəlmisiniz. Özünüz üçün çoxlu aydınladıcı və düşündürücü məlumatlar tapacaqsınız”, – deyə paylaşımda bildirilib.
Qeyd edək ki, iki gün öncə Ermənistanın Baş naziri Nikol Paşinyanın təklifi ilə Tiqran Balayan sözügedən ölkənin Belçikadakı səfiri və Ermənistanın Avropa İttifaqı yanındakı nümayəndəliyinin rəhbəri təyin edilib.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
