Paşinyanın paylaşdığı görüntülər hansı istiqamətdən çəkilib? -Ekspertlər danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında bir qrup hərbçinin səngər qazması görüntülərini paylaşıb.
Düzdür, N.Paşinyan parlamentin sonuncu sual-cavab sessiyasında keçmiş hakimiyyətin Qarabağ məsələsi ilə bağlı xalqa yalan söylədiyini desə də, bir yandan paylaşdığı videogörüntülərin hansı istiqamətdə çəkildiyini açıqlamaması, digər tərəfdən isə bir müddət əvvəl sərhəd dirəklərinin quraşdırılmasının Ermənistanın təhlükəsizliyinə zəmanət postları olduğunu vurğulaması onun ikibaşlı siyasət yürütdüyünü ortaya qoymaqla Baş nazirin bu dəfə də hansısa hiyləgər addım atmağa hazırlaşdığını gündəmə gətirir.
Təbii ki, Ermənistanın hakim partiyası ittiham etdiyi keçmiş siyasi elitanın aqibətindən nəticə çıxarmalı, atdığı addımları sadəcə daxili auditoriya və havadarları üçün hesablamamalıdır. Çünki vaxtı ilə revanşistlərin təxribatçı fəaliyyəti hansı nəticəni vermişdisə, bənzər fəaliyyətin davam etməsi yenə eyni nəticəyə gətirib çıxara bilər ki, bu da onlar üçün həyəcan siqnalı olmalıdır.
Ekspertlərə görə, nə qədər ki, sülh müqaviləsi imzalanmayıb, Ermənistan hakimiyyəti bu barədə daha çox düşünməli, addımlarını da regional sabitlik istiqamətində atmalıdır. Çünki bunun əksi İrəvan üçün daha acınacaqlı aqibətlə yadda qala bilər.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
