Paşinyanın Putindən gözlənilməz xahişi | Peskovdan açıqlama
Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya hərbçilərinin Ermənistanın Azərbaycanla sərhəd ərazilərindən çıxarılmasını təsdiqləyib.
O bildirib ki, bu məsələ mayın 8-də Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdə razılaşdırılıb.
“Erməni tərəfinin xahişi ilə Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar”, – deyə D.Peskov qeyd edib.
Xatırladaq ki, hələ 2024-cü ilin martından etibarən İrəvan rusiyalı sərhədçilərin Zvartnots hava limanından çıxarılmasını tələb edib. Ermənistan parlamentinin spikeri Alen Simonyan da məsələ ilə bağlı açıqlama verərək bildirmişdi ki, Rusiya qoşunlarının mövcudluğu Ermənistan sərhədlərinin həssaslığını artırır. Belə bir bəyanatdan çox keçmədən rəsmi Moskva öz ordusunu sözügedən ərazidən geri çəkib.
#Rusiya teqi istifadə olunub
- Çolpon-Atada böyük sövdələşmə: Paşinyan Rusiyadan güzəşt qopara biləcəkmi? - AKTUAL GÜNDƏM
- Moskvadakı dəhşətli partlayışla bağlı yeni detallar üzə çıxdı - Baku TV CANLI
- Ukrayna hücumları Rusiyanın yanacaq bazarını sarsıtdı - Baku TV
- Hüseyn Həsənov hansı ittihamlar üzrə cəzalandırıldı? - Baku TV
- ABŞ Rusiyanın hərbi strukturlarına qarşı yeni məhdudiyyətlər tətbiq etdi - Baku TV CANLI
