Paşinyanın yerinə keçmək üçün bunu etsin | Simonyan Baqratı lağa qoydu
Yeniliklərdən dərhal xəbərdar olun
“Yeri gəlmişkən, yeni müxalifət hərəkatının hər cür şəkildə Artsax haqqında danışmaqdan yayınmağa başladığını və “Artsax bayraqları”nın toplantılardan itdiyini görmüsünüzmü? Hətta kilsə fəaliyyətini donduran Qalstanyanın şüarı “Ermənistan, Ermənistan, Vətən və Artsax” kimi səslənsəydi, daha məntiqli olardı, amma Artsax əvəzinə “Tanrı” sözü seçildi”.
Bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan özünün “Telegram” kanalında yazıb.
“Bizi Artsaxdan imtina etməkdə ittiham edən müxalifət Artsaxla bağlı gündəmində heç nə saxlamayıb. Baxmayaraq ki, ümumiyyətlə böyük hesabla yeni gündəm gətirilib – gündəm haqda iki cümlə: “Ay başınıza qar yağsın, bu gözləntilərin davası deyil, görüş gözləyirik, qara deyilik, biz ağıq – ağ paltarda, amma indi bənövşəyiyik, əlimdən öp, dua edək”. Həqiqətən də bu, toxunulmaz bir gündəmdir”, – A.Simonyan ələ salıb.
O bildirib ki, keşişin 2018-ci ilin davranışını və və sözlərini mümkün qədər kopyalamağa çalışması da gülməlidir:
“Ermənistanın Baş naziri olmağa ümid edən şəxs ilk növbədə rütbəsindən yox, Kanada vətəndaşlığından imtina etməlidir, baxmayaraq ki, katolikos olmaq üçün, səhv etmirəmsə, başqa ölkənin vətəndaşı olmaq qadağası yoxdur”.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
