Paşinyanla görüşən erməni deputatdan hayları təşvişə salacaq açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Paşinyan dedi ki, sərhəd hətta kəndin ortasından da keçə bilər. Paşinyanın sözlərini təkrar edirəm: dedi ki, orada sərhədçi dayana bilər, 7 gün təhlükəsiz olacaq, amma 8-ci gün təhlükəsiz olmayacaq, mən haradan bilim?”.
Erməni mediası xəbər verir ki, bu sözləri müxalif “Hayastan” fraksiyasından olan deputat Geqam Nazaryan Kirants kənd sakinlərinin Baş nazir Nikol Paşinyanla görüşü haqqında deyib.
O bildirib ki, kirantslılar indi şokdadırlar, qapını açıb Azərbaycan əsgərini görə bilərlər. Onun iddiasına görə, sərhəd sovet dövründə olduğu kimi deyil, “yeni xətlə” çəkilir.
Qeyd edək ki, Tavuş rayonunun erməni sakinləri Qazaxın işğalda olan 7 kəndindən anklav olmayan 4 kəndinin qaytarılmasına etiraz edirlər. 1990-92-ci illərdə işğal olunan bu kəndlərin Ermənistan ərazisinə heç bir aidiyyəti olmamasına baxmayaraq, müxalifətin qızışdırdığı yerli sakinlər işğalı davam etdirməyə təhrik edirlər.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
